• Bakı 10° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Ən tez aşiq olan 5 BÜRC

CƏMİYYƏT

28 May 2024 | 19:15

Ən tez aşiq olan 5 BÜRC

Astrologiyada bəzi bürclər digərlərindən daha tez aşiq olurlar. Bu insanlar aşiq olduqda özlərini təhlükəsiz hiss edirlər. Aşiq olmağı o qədər sevirlər ki, tək qalmaq onlar üçün kabusdur. Bu bürclər ilk baxışdan aşiq olurlar. Sevgidən çox, bu prosesdə yaşadıqları həyəcan və şəhvətə aşiq olurlar. İnsanın bürcü onun aşiq olmaq potensialına da təsir edir.

Bakıvaxtı.az sözügedən bürcləri təqdim edir:

Qoç

Qoç ən mübarizəkar və macəraçı bürc kimi tanınır. Qoçlar da münasibətə macəra prosesi kimi baxırlar. Onlar üçün sevgiyə gedən yol sevginin özündən daha həyəcanlıdır. Onların sərgüzəştli şəxsiyyəti asanlıqla aşiq olmaq ehtimalını özü ilə gətirir. Enerjili və həvəsli bir xasiyyətə sahib olan Qoçlar özləri kimi birini istəyirlər. Həmin insanı tapdıqlarını hiss etdikdə dünyanı ona bəxş edərlər. Qoç bürcü insanları sevgilərini çox açıq şəkildə göstərə və qarşıdakı insandan da eynisini gözləyə bilərlər. Qoçlar aşiq olmağı o qədər sevirlər ki, bunu bir ehtiyac kimi görürlər.

Şir

Diqqətlərini heç vaxt əsirgəməyən Şirlər asanlıqla aşiq olan bürclər arasındadır. Deyilənə görə, Şir bürcü Günəş tərəfindən idarə olunur. Bəlkə də bu xüsusiyyətinə görə ətrafdakılara sevgi və hərarət yayırlar. Onlar aşiq olmağa çalışırlar. Özlərinə uyğun birini tapıb həyatlarını çəhrayı nağıllara çevirmək istəyirlər. Şirlər sosiallaşmağı və əylənməyi sevirlər. Onlar sevgini bu şəkildə görürlər və qarşı tərəfdən də bunu gözləyirlər. Onlar əylənəcəkləri birini axtarırlar. Şirlər partnyor seçərkən birlikdə əylənməyə üstünlük verirlər. 

Tərəzi

Tərəzi sevgiyə aşiq olan bürcdür. Çox tez aşiq olurlar və tez unudurlar. Bu səbəbdən Tərəzilər münasibətdə adətən inanmsız gəlir. Amma sevdikləri zaman gözləri kor olur. Onlara zövq verən şey bəyənilməkdir. Sevgini zirvəsində yaşayırlar. Çünki sevgidə yaşadıqları bu dərin duyğular onları qane edir.

Balıqlar

Balıqlar bürclər arasında ən həssasdır. Onların empatiya qabiliyyəti olduqca üstündür. Buna görə də münasibətlərində problem gördükdə, onu çox asanlıqla həll edə bilirlər. Onlar üçün sevgi immersiv bir prosesdir. Bu dövrdə hadisələrə qapılır və asanlıqla aşiq olurlar. Balıqlar çox emosional şəxsiyyətlərdir. Partnyorları ilə də emosional bağ qururlar və bundan imtina etmək onlar üçün çətinləşir. Asanlıqla aşiq olan bürclərdən olan Balıqlar romantikanın sehrinə qapılmağı sevirlər.

Əkizlər

Əkizlər bürcü insanları çılğın xarakterə malikdir. Onlar da münasibətlərini macəra kimi görürlər. Onlar asanlıqla emosional təsirə məruz qala bilərlər. Onlar üçün aşiq olmaq çətin proses deyil. Ancaq qeyri-sabit rəftarları ilə tanınan Əkizlər çox tez sıxıla bilər. Əkizlərin bu gün partnyorlarında bəyəndiyi xüsusiyyətlər sabah onlar üçün xoş olmaya bilər. Bu səbəbdən onların romantik münasibətləri çox vaxt qısamüddətli olur. Balanssız rəftarları ilə tanınan və asanlıqla aşiq olan bürclər siyahısına daxil olmağa layiq Əkizlər, partnyorundan çox tez vaz keçə bilər./baku.ws

 


SON XƏBƏRLƏR

26 Dekabr 2024