• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

DİQQƏT: Sabah bu rayonlarda qaz olmayacaq

CƏMİYYƏT

27 Iyun 2024 | 19:00

DİQQƏT: Sabah bu rayonlarda qaz olmayacaq

Kürdəmir və Lənkəranın qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz”dan Bakıvaxtı.az-a verilən məlumata görə, 28.06.2024-cü il tarixdə saat 09:00-dan “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli magistral qaz kəmərindən “Sığırlı” QPS-nə çəkilmiş qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi və saat 10:00-dan “Xarxatan qol” yüksək təzyiqli qaz kəmərində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, “Xarxatan” və “Sığırlı” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bundan başqa təmir-bərpa işləri aparılan müddətdə Kürdəmir rayonunun (rayonun 39 kəndi, 2 qəsəbəsi və 55 qeyri-yaşayış sahəsi ) və Lənkəran rayonunun (Liman şəhəri və rayonunun 13 kəndi və 78 qeyri-yaşayış sahəsi) bir hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.


SON XƏBƏRLƏR

29 Iyun 2024