• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Qubada avtoxuliqanlıq edən sürücü həbs edildi

CƏMİYYƏT

27 Iyun 2024 | 18:50

Qubada avtoxuliqanlıq edən sürücü həbs edildi

Qubada avtoxuliqanlıq edən sürücü həbs edilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin DYP bölməsinin əməkdaşları tərəfindən  “Mersedes” markalı, 10-RS-201 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Mirabdulla Sadıqov  saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Sadıqovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.


SON XƏBƏRLƏR

29 Iyun 2024