Bəzi ölkələrdə iş saatının tənzimlənməsinə dair müxtəlif yanaşmalar var. 7 saatlıq iş rejimini tətbiq edən dövlətlərlə yanaşı, 4 günlük iş rejiminə keçən ölkələr də az deyil.
Bəs görəsən Azərbaycanda da 4 günlük iş rejimi tətbiq edilə bilərmi?
Bu barədə Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bir sıra inkişaf etmiş ölkələrdə 4 günlük iş rejimi müzakirə olunsa da, hələlik bununla bağlı Azərbaycanda rəsmi müzakirələr aparılmır.
Onun sözlərinə görə, Azərbaycan əmək bazarı üçün ən vacib məqamlardan biri həm əmək bazarında qeyri-rəsmi məşğulluğa qarşı mübarizənin gücləndirilməsi, həm də işçilərin əmək hüquqlarının daha yaxından qorunması ilə bağlıdır:
“Ona görə bu gün işçilərin əmək hüquqlarının qorunması üçün mexanizmlərin təkmilləşdirilməsi daha prioritetdir. Eyni zamanda qeyri-rəsmi məşğulluğun daha da rəsmiləşdirilməsi və əmək müqavilələrinin sayınnı artırılması öz vacibliyini qoruyub saxlayır”.

Vüqar Bayramov: Əmək bazarı üçün iş günlərinin sayı deyil, əmək hüquqlarının qorunması prioritetdir
V.Bayramov onu da qeyd edib ki, mütəmadi olaraq əmək bazarında və əmək şərtlərində dəyişikliklər baş verir və gələcəkdə əgər ehtiyac olarsa, bununla bağlı müzakirələrin başlanması istisna deyil.
“Amma hazırda əmək bazarı üçün iş günlərinin sayı deyil, əmək hüquqlarının daha yaxından qorunması və qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi daha prioritetdir”, - deyə Vüqar Bayramov vurğulayıb.
Mina Mikayılova



jpg-1719551072.webp)











