• Bakı 16° C

    13.36 m/s

  • USD - 1.7

    EUR - 1.8316

    RUB - 0.0185

İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində fikir mübadiləsi aparıb

İQTİSADİYYAT

28 Aprel 2024 | 16:00

İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində fikir mübadiləsi aparıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun idarəedici direktoru Mirek Duşeklə “COP29 çərçivəsində potensial tərəfdaşlıq məsələləri” ətrafında fikir mübadiləsi aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazir “X” hesabında bildirib.

“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz zamanı Dünya İqtisadi Forumunun idarəedici direktoru Mirek Duşek ilə görüşdük. Ölkəmizin qlobal iqtisadi çağırışların həllində fəal mövqeyi, aşağı karbonlu biznes həllərinin tətbiqi, COP29 çərçivəsində potensial tərəfdaşlıq məsələləri, əlverişli işgüzar mühit, özəl sektorun inkişaf trendləri barədə danışdıq”, - o yazıb.


SON XƏBƏRLƏR

12 May 2024