"Qəzzada baş verənləri dünyaya çatdırmağa çalışan 150 jurnalist İsrail qüvvələri tərəfindən öldürülüb".
Bakıvatı.az "Milliyet"ə istinadən bildirir ki, bunu Dünya İslam Alimləri Sammitinin açılış mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, Birləşmiş Millətlər Təşkilatının nümayəndələri vəhumanitar yardım işçilərinin də hədəfə alındığını qeyd edib.
"İsraili tənqid etdiyi üçün işdən qovulan rektorlar, karyerası bitən siyasətçilər, təhdidlərə məruz qalan sənətçilər var. Bu siyahıya söz haqqı verilməyən tələbələr də daxildir. Türkiyə bu prosesdə pul, vəzifə və siyasi uğur üçün İsrail vəhşiliklərinə maddi-texniki dəstək verənləri unutmayacaq".
Gülşən Şərif
















