• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Erməni generalı NATO-nun iclasında iştirak etdi

DÜNYA

11 Iyun 2024 | 23:29 | Müəllif: Gülşən Şərif

Erməni generalı NATO-nun iclasında iştirak etdi

Ermənistan Baş Qərargah rəisinin müavini, general-mayor Artur Yeroyan çərşənbə axşamı videobağlantı vasitəsilə NATO Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən iclasında iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“General-mayor Yeroyan öz çıxışında Ermənistanın müdafiə sektorunun transformasiyasında NATO ilə əməkdaşlığın vacibliyini vurğulayıb və NATO-nun himayəsi altında sülhməramlı missiyalarda davamlı iştiraka sadiqliyini təsdiqləyib”, - deyə məlumatda bildirilir.

Qeyd edilib ki, görüşün keçirilməsində məqsəd aktual beynəlxalq və regional, o cümlədən NATO ilə tərəfdaş dövlətlər arasında əməkdaşlıq məsələlərin müzakirə edilməsidir.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR