• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiya həbs cəzası verdiyi Navalnayanı terrorçu elan etdi

DÜNYA

11 Iyul 2024 | 20:35 | Müəllif: Subhan Mahmudov

Rusiya həbs cəzası verdiyi Navalnayanı terrorçu elan etdi

Rusiyalı mərhum müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya terrorizmdə və ekstremist fəaliyyətdə iştirakı barədə məlumatın olduğu təşkilatlar və şəxslər siyahısına daxil edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat "Rosfinmonitorinq" reyestrində yer alıb.

İyulun 9-da Moskvanın Basmannı rayon məhkəməsi Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin tələbi ilə Yuliya Navalnayanı “ekstremist cəmiyyətdə” iştirakda ittiham edərək iki ay müddətinə qiyabi həbs edib. Onu 6 ilədək həbs gözləyir. Həbs müddəti təqsirləndirilən şəxsin Rusiya ərazisində ekstradisiya edildiyi və ya saxlanıldığı andan hesablanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR