• Bakı 25° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Türkiyə XİN naziri Putinlə görüşüb - YENİLƏNİB

DÜNYA

11 Iyun 2024 | 23:59 | Müəllif: Gülşən Şərif

Türkiyə XİN naziri Putinlə görüşüb - YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidenti Vladimir Putinlə görüşdə “iki ölkə arasında münasibətlərin fövqəladə yaxşı olduğunu” söyləyib.

Bakıvaxtı.az xəbər verir ki, türkiyəli nazir BRICS+ iclasına qatılmaq, habelə ikitərəfli görüşlərdə iştirak etmək məqsədilə Rusiyada səfərdədir.

Agentliyin diplomatik mənbələrdən aldığı məlumata görə, Türkiyənin XİN başçısı Rusiya Prezidenti ilə görüşdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdıraraq iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb:

“İki ölkə arasındakı münasibətlər həqiqətən də fövqəladə yaxşı səviyyədədir. Ticarət mövzusunda lazımlı addımlar atılmalıdır”.

Eyni zamanda, türkiyəli diplomat Ukrayna-Rusiya müharibəsi kontekstində ölkəsinin vasitəçilik fəaliyyətindən əsirgəməyəcəyini qeyd edib.

“Ukrayna mövzusundakı mümkün olan hər cür vasitəçilik fəaliyyətlərini davam etdirməkdə qərarlıyıq”, – Fidan deyib. Eyni zamanda, Suriya məsələsinə də toxunan diplomat sabitliyin qorunmasında Ankaranın “əlindən gələni etdiyinə” diqqət çəkib.(report)

***
23:15

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında bildirilib.

“Nazirimiz Hakan Fidan Rusiya Federasiyası dövlət başçısı Vladimir Putin tərəfindən Kremldə qəbul edilib”, – xarici siyasət idarəsinin məlumatında diqqətə çatdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026