• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Qalatasaray” çempionluğun bir addımlığında

İDMAN

13 May 2024 | 02:37 | Müəllif: Gülşən Şərif

“Qalatasaray” çempionluğun bir addımlığında

Türkiyə Superliqasında 36-cı tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, liderlər turu qələbə ilə başa vurublar.

Lider “Qalatasaray” səfərdə çətinliklə 3 xal qazanıb. “Sarı qırmızılar” “Karagümrük”lə oyunun 90-cı dəqiqəsində həlledici qolu vurublar – 3:2.

“Fənərbaxça” isə “Kayserispor”un qapısından 3 cavabsız keçirib.

Bu nəticələrdən sonra “Qalatasaray” 99, “Fənərbaxça” isə 93 xal toplayıb. Çempion olmaq uçun son 2 turda Okan Burukun yetirmələrinə 1 xal kifayət edir.

Türkiyə Superliqası
36-cı tur

“Adana Dəmirspor” – “Qaziantep” – 1:6
“Alanyaspor” – “Beşiktaş” – 1:1
“Fənərbaxça” – “Kayserispor” – 3:0
“Hatayspor” – “Ankaragücü” – 2:1
“Karagümrük” – “Qalatasaray” – 2:3
“Kasımpaşa” – “Antalyaspor” – 3:1
“Konyaspor” – “Samsunspor” – 3:0
“Pendikspor” – “Rizəspor” – 2:1
“Sivasspor” – “Başakşəhər” – 0:1
“Trabzonspor” – “İstanbulspor” – 3:0(İdman.biz)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR