• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

UEFA prezidenti AVRO-2024-ün favoritlərini açıqlayıb

İDMAN

11 Iyun 2024 | 13:26

UEFA prezidenti AVRO-2024-ün favoritlərini açıqlayıb

UEFA prezidenti Aleksander Çeferin Almaniyada keçiriləcək Avropa çempionatında meydan sahiblərini əsas favoritlərdən biri hesab edib.

Bakıvaxtı.az xəbər verir ki, funksioner bu barədə DPA agentliyinə açıqlamasında bildirib.

O, Bundestimin son illərdə olduqca pis çıxış etdiyini vurğulayıb: "Lakin yaxşı komandaları var. Fransa yığması ilə yoldaşlıq matçından sonra isə tamam başqa münasibət gördüm. Mən həmişə deyirəm: İspaniyanı heç vaxt zəif qəbul etməyin. Xorvatiya, Belçika, Niderland, ola bilsin, Danimarka da var. Fikrimcə, Almaniya, Fransa, İngiltərə və Portuqaliya favoritdirlər".

Qeyd edək ki, AVRO-2024 14 iyun - 14 iyul aralığında gerçəkləşəcək.


SON XƏBƏRLƏR

26 Iyul 2024