• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rodriges Amerika Kubokunda yeni rekorda imza atıb

İDMAN

11 Iyul 2024 | 11:11

Rodriges Amerika Kubokunda yeni rekorda imza atıb

Kolumbiya millisinin kapitanı Xames Rodriges ABŞ-də təşkil olunan Amerika Kubokunda yeni rekorda imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, 32 yaşlı futbolçu buna yarımfinalda Uruqvay yığmasına qalib gəldikləri (1:0) matçda məhsuldar ötürmə verməklə nail olub.

Hazırkı yarışda assistlərin sayını altıya çatdıran yarımmüdafiəçi bir turnirdə bu rəqəmə çatan ilk oyunçudur.

Qeyd edək ki, Kolumbiya millisi finalda Argentina ilə üz-üzə gələcək. İyulun 15-də gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026