• Bakı 25° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Paris-2024: Azərbaycan medal sıralamasında 24-dür

İDMAN

10 Avqust 2024 | 09:44

Paris-2024: Azərbaycan medal sıralamasında 24-dür

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 24-cü pillədə qərarlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, hələlik komandanın aktivində 2 qızıl, 2 gümüş və 1 bürünc mükafat var.

Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.

Ukrayna (3 qızıl, 4 gümüş, 4 bürünc) 18-ci, İran (2 qızıl, 4 gümüş, 2 bürünc) 23-cü, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 42-ci, qardaş ölkə Türkiyə (3 gümüş, 3 bürünc) 61-ci, Ermənistan (2 gümüş, 1 bürünc) 66-cı sıradadır.

İlk "üçlük"də ABŞ (33 qızıl, 39 gümüş, 39 bürünc), Çin (33 qızıl, 27 gümüş, 23 bürünc) və Avstraliya (18 qızıl, 16 gümüş və 14 bürünc) yer alıblar.

Hələlik 86 ölkə mükafat əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025