• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - YENİLƏNİB

İDMAN

08 Sentyabr 2024 | 21:55 | Müəllif: Subhan Mahmudov

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - YENİLƏNİB

Azərbaycan yığması UEFA Millətlər Liqasınının oyununda Slovakiyaya məğlub olub.

Bakıvaxtı.az-ın
məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibindən 2 cavabsız qol buraxıb.

Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda keçirilən qarşılaşmanın 22-ci dəqiqəsində Ondrey Duda, 4 dəqiqə sonrasında isə David Strelets fərqlənib.

Qeyd edək ki, milli komandamız C Liqasının I qrupunun ilk görüşündə İsveçə 1:3 hesabı ilə uduzmuşdu.

 

21:06

UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda 2:0 öndədir.

22-ci dəqiqədə Ondrey Duda, 26-cı dəqiqədə isə David Strelec fərqlənib.

 

20:49

UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda 2:0 öndədir.

22-ci dəqiqədə Ondrey Duda, 26-cı dəqiqədə isə David Strelec fərqlənib.

20:33

UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında növbəti qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri ikinci dəfə hesabı dəyişib.

26-cı dəqiqədə David Strelec komandasının üstünlüyünü möhkəmləndirib.

20:25

UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında hesab açılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda irəli çıxıb - 1:0.

22-ci dəqiqədə Ondrey Duda penalti zərbəsini dəqiq yerinə yetirib.

 

***20:00

UEFA Millətlər Liqasında Slovakiya - Azərbaycan matçına start verilib.

Bakıvaxtı.az-ın məlumatına görə, C Liqasının I qrupunun görüşü “Koşitse Futbol Arenası”nda keçirilir.

Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR