• Bakı 22° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

Avropa birinciliyində iştirak edəcək ağırlıqqaldıranlarınımız - SİYAHI

İDMAN

08 Oktyabr 2024 | 13:17

Avropa birinciliyində iştirak edəcək ağırlıqqaldıranlarınımız - SİYAHI

Polşanın Raşin şəhərində keçiriləcək yeniyetmələr və 23 yaşadək gənclər arasında Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları müəyyənləşib.

Bakıvaxtı.az Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, milli komanda turnirdə 11 idmançı ilə təmsil olunacaq.

Yeniyetmə oğlanların mübarizəsində Elşən Məmmədov (61 kiloqram), Qasım İsmayılov (67 kiloqram), Mahmud Qədirov (73 kiloqram), Ravin Əlməmmədov (81 kiloqram), Nurlan Məmmədzadə (89 kiloqram), qızlar arasında Rahilə Hüseynzadə (81 kiloqram) gücünü yoxlayacaq.

U-23 oğlanların yarışında Tehran Məmmədov, Fuad Həsənov (hər ikisi 67 kiloqram), Ömər Cavadov, Fuqan Əliyev (hər ikisi 81 kiloqram) və Əli Şükürlü (109 kiloqram) qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa birinciliyi oktyabrın 26-dan noyabrın 3-dək təşkil olunacaq.


SON XƏBƏRLƏR