• Bakı 12° C

    2.07 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Bizi çox çətin oyun gözləyir - Bədavi

İDMAN

06 Noyabr 2024 | 23:34

Bizi çox çətin oyun gözləyir - Bədavi

Turnir cədvəlinin son pilləsində qərarlaşmışıq. Ona görə də məsuliyyətimizi dərk edirik.

Bakıvatı.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov UEFA Avropa Liqasının əsas mərhələsində səfərdə Norveçin "Budyo-Qlimt" komandasına qarşı keçirəcəkləri IV tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Müdafiəçi sabahkı matçda əllərindən gələni edəcəklərini bildirib: "Bizi sabah çox çətin oyun gözləyir. Rəqib müdafiədə balanslı mübarizə aparan komandadır. Meydana xal qazanmaq üçün çıxacağıq".

Qeyd edək ki, noyabrın 7-də “Aspmüra” stadionunda keçiriləcək “Budyo-Qlimt” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.


SON XƏBƏRLƏR

08 Aprel 2026