Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu futbolçusu Neymarla yollarını ayıra bilər.
Bakıvaxtı.az "UOL" portalına istinadən xəbər verir ki, buna səbəb braziliyalı hücumçunun tez-tez zədələnməsidir.
2023-cü ilin oktyabrında Braziliya millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Uruqvayla görüşündə zədə alan və 1 il yaşıl meydanlardan kənar qalan Neymar yarım ay əvvəl formasını bərpa edib.
Asiya Çempionlar Liqasının III turunda BƏƏ-nin “Əl-Əyn” kollektivi ilə matçda 77-ci dəqiqədə oyuna daxil olan 32 yaşlı "sambaçı" ayağında ağrılar hiss etdiyi üçün əvəzlənib.
"Əl-Hilal" rəhbərliyi Neymarın müqaviləsinə qarşılıqlı şəkildə xitam verməyi düşünür.
Qeyd edək ki, futbolçu ötən il "Əl-Hilal"a Fransanın PSJ kollektivindən transfer olunub.