• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Oyununda halı pisləşən "Bavariya"nın azarkeşi vəfat etdi

İDMAN

07 Noyabr 2024 | 12:05

Oyununda halı pisləşən "Bavariya"nın azarkeşi vəfat etdi

Çempionlar Liqasında Portuqaliya təmsilçisi "Benfika" ilə matç zamanı halı pisləşən Almaniyanın "Bavariya" klubunun azarkeşi vəfat edib.

Bakıvaxtıa.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

Hadisə oyunun əvvəlində baş verib. Azarkeşlərdən biri özünü pis hiss edib. İlkin tibbi yardım göstərilən fanat xəstəxanaya aparılarkən vəfat edib. Bu faciəli xəbər klubun sosial media hesablarında da paylaşılıb.

Həmrəylik əlaməti olaraq "Bavariya"nın digər azarkeşləri matçın sonuna qədər komandanı fəal dəstəkləməyi dayandırıblar.

Qeyd edək ki, noyabrın 6-da baş tutan “Bavariya” - “Benfika” görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026