• Bakı 15° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi İngiltərə klubunda

İDMAN

07 Dekabr 2024 | 10:55

Qarabağ və Neftçinin sabiq məşqçisi İngiltərə klubunda

"Qarabağ" və "Neftçi"də işləmiş Ruben Selles türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu İngiltərəninin "Hall Siti" klubunun baş məşqçisi təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

41 yaşlı ispan mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ruben Selles 2012-2014-cü illər aralığında "Neftçi"də, 2015-2017-ci illər aralığında isə "Qarabağ"da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib.


SON XƏBƏRLƏR

18 Aprel 2025