Türkiyə Super Liqasında XVIII tura yekun vurulub.
Bakıvaxtı.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutub.
"Fənərbaxça" "Hatayspor"u qəbul edib. Görüşdə hesabı Yusuf En-Nesiri açıb. Lakin çox keçmədən qonaqlar Bilal Butobba ilə hesabı bərabərləşdirməyə nail olub.
Buna baxmayaraq, ilk hissəyə əlavə olunan dəqiqələrdə En-Nesiri dublunu rəsmiləşdirib. Bu, matçda həlledici qol olub - 2:1.
Türkiyə Super Liqası
XVIII tur
"Fənərbaxça" - "Hatayspor" 2:1
"Kasımpaşa" - "Qaziantep" 2:2
"Bodrum" - "Kayserispor" 1:1