Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstan kubokunun finalına yüksəlməyə yaxındır.
Bakıvaxtı.az idman.biz-ə istinadla xəbər verir ki, onun kapitanı olduğu "Vaşaş" ilk yarımfinal oyununda səfərdə "Fatum"a 3:1 hesabı ilə qalib gəlib.
Ayşən 10 xal toplayıb.
Beləliklə, "Vaşaş" çempionatda və ölkə kubokunda qələbə uğrunda mübarizəni davam etdirir, həmçinin CEV kubokunda yarışır.