• Bakı C

    14.42 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

"Traktor"çuları təhqir edən qadın azarkeşlər həbs edildi

İDMAN

04 Fevral 2025 | 19:00

Traktorçuları təhqir edən qadın azarkeşlər həbs edildi

Yanvarın 26-da Tehranın Azadi stadionunda "Traktor" və "Perspolis" komandalarının oyunu zamanı azərbaycanlılara qarşı irqçı və təhqiramiz şüarlar səsləndirən iki qadın azarkeş həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, adları açıqlanmayan xanım azarkeşlərə qarşı cinayət işi açılıb.

Bildirilib ki, onların həbsi azərbaycanlı millət vəkillərinin hadisə ilə bağlı etirazları, xüsusən Təbrizin millət vəkili Rza Sədiqinin gənclər və idman naziri Əhməd Dünyamalı ilə görüşündən sonra baş verib.

Qeyd edək ki, yanvarın 26-da "Traktor" və "Perspolis" klublarının qarşılaşması zamanı tehranlı azarkeşlər davamlı olaraq "Traktor" komandasının oyunçuları və azərbaycanlı azarkeşlərə qarşı təhqiramiz və irqçi şüarlar səsləndiriblər.

Onlar meydana yad cismlər atıb, Təbriz təmsilçisinin tərəfdarlarına hücum ediblər və nəticədə 33 nəfər yaralanıb.


SON XƏBƏRLƏR

04 Fevral 2025