• Bakı C

    14.42 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

"Turan Tovuz" rəsmisi: "Otto Con bizdən xahiş etdi ki, onu başqa kluba buraxaq"

İDMAN

04 Fevral 2025 | 14:30

Turan Tovuz rəsmisi: Otto Con bizdən xahiş etdi ki, onu başqa kluba buraxaq

Otto Con bizdən xahiş etdi ki, onu başqa kluba buraxaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Turan Tovuz"un İdarə Heyətinin sədr müavini, klubun infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev deyib.

O, gözlənilmədən qərb təmsilçisindən ayrılan hücumçu Otto Conun gedişinin səbəblərindən danışıb:

"Otto Conu bəzi Azərbaycan klubları da transfer etmək istəyirdilər. Eyni zamanda onu heyətlərində görmək istəyən bir neçə xarici komandalar da var idi. “Al Madina” ilə yanaşı, başqa bir kollektiv də Otto Cona görə bizə müraciət göndərmişdi. Daha əvvəldən futbolçunun özü ilə danışıqlar aparırdılar. Əslində biz onun komandada qalmasını çox istəyirdik. Lakin qarşı tərəf ona yaxşı maaş təklif etmişdi və Otto Con bizdən xahiş etdi ki, keçidə mane olmayaq. Gördük ki, getməyi çox arzulayır və biz də gedəni saxlamadıq. Onun "Turan Tovuz"la müqaviləsi olduğu üçün qarşı tərəf müəyyən məbləğ ödəməli oldu".

Qeyd edək ki, Otto Con "Turan Tovuz"dan ayrılaraq Liviyanın “Al Madina” klubu ilə müqavilə bağlayıb.


SON XƏBƏRLƏR

04 Fevral 2025