“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo ötən gün “Hatayspor”la keçirilən oyundan (2:1) sonra jurnalistin verdiyi suala görə özündən çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, “xal fərqinin azalacağını düşünürsünüzmü?” sualına portuqaliyalı mütəxəssi əsəbi şəkildə cavab verib: “Niyə həqiqəti gizlədirsiniz? Bu ölkədə insanlar nədən qorxurlar? Bilirəm jurnalistsiniz, mən də jurnalist ola bilərdim. Yaxşı, amma nədən qorxursan? Xal fərqi oynanılan futboldan asılıdır? Həqiqəti deyin! Məndən soruşmayın!”.
Mourinyo Türkiyə Superliqasındakı hakim idarəçiliyini tənqid edib: “Rəqibin rəngləri fərqli olsaydı, meydanda 8 oyunçu qalardılar. Oynadığımız liqadan xəbəriniz var? Bizə qarşı necə, rəqibə qarşı necə oynamaq lazımdır bilirlər.
“Eyüpspor” və bu oyunda 5 qırmızı verilməli idi. Vəziyyət budur. Oyunçularımız da, rəqiblərimiz də bunu bilir”.
Qeyd edək ki, turnir cədvəlində 39 xalı olan “Fənərbaxça” “Qalatasaray”dan 8 xal geridədir.