• Bakı C

    7.35 m/s

  • USD - 1.7

    EUR - 1.7598

    RUB - 1.5837

Blinken İvaya ilə Şimali Koreya məsələsini müzakirə edib

DÜNYA

07 Yanvar 2025 | 15:02

Blinken İvaya ilə Şimali Koreya məsələsini müzakirə edib

Tokioda səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken Yaponiyanın xarici işlər naziri Takeşi İvaya ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yaponiya XİN başçısı Blinkenə Yaponiya-ABŞ alyansına verdiyi töhfəyə görə minnətdarlıq edib.

Tərəflər Yaponiya şirkətlərinin ABŞ-a sərmayələri də daxil olmaqla Yaponiya-ABŞ iqtisadi əlaqələrinin əhəmiyyətini vurğulayıblar.

Görüş çərçivəsində Yaponiya və ABŞ, həmçinin Yaponiya, Cənubi Koreya və ABŞ arasında yaxın əlaqələr, o cümlədən Şimali Koreya ilə bağlı siyasət də müzakirə olunub. Tərəflər yanvarın 6-da Şimali Koreya tərəfindən ballistik raket buraxılışını qəti şəkildə pisləyiblər.

Onlar həmçinin Çinlə bağlı məsələlər, Ukraynada və Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla regional məsələlərdə Yaponiya-ABŞ əməkdaşlığının əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.


SON XƏBƏRLƏR