• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qəzzada hücumlar davam edir: 6 fələstinli ÖLDÜ

DÜNYA

08 Yanvar 2025 | 11:55 | Müəllif: Əli Hüseynov

Qəzzada hücumlar davam edir: 6 fələstinli ÖLDÜ

İsrail döyüş təyyarələri Qəzza zolağının müxtəlif bölgələrinə hava hücumu həyata keçirib.

Bakıvaxtı.az WAFA-ya istinadla xəbər verir ki, hava hücumlarında 6 fələstinli həyatını itirib, çox sayda insan yaralanıb.

Qeyd edək ki, Qəzzada Səhiyyə Nazirliyinin dünən verdiyi açıqlamaya görə, İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda 17 min 800-dən çoxu uşaq və təxminən 12 min 300-ü qadın olmaqla 45 min 885 fələstinli yaralanıb, 109 min 196 fələstinli həyatını itirib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026