• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Ukraynada münaqişənin nizamlanması üzərində işləyirik - Kelloq

DÜNYA

07 Fevral 2025 | 10:55

Ukraynada münaqişənin nizamlanması üzərində işləyirik - Kelloq

ABŞ Administrasiyası Ukraynadakı münaqişənin nizamlanması üzərində işləyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu “New York Post” qəzetinə müsahibəsində ABŞ Prezidentinin Rusiya və Ukrayna məsələsi üzrə xüsusi nümayəndəsi Kit Kelloq deyib.

    O bildirib ki, hazırda ABŞ Prezidenti Donald Tramp başda olmaqla, Vitse-Prezident, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri, dövlət katibi və maliyyə naziri məhz bu məsələ üzrə birbaşa məsləhətləşmələr aparır.

    K. Kelloq ötən həftə D. Trampın yuxarıda adları çəkilən rəsmilərlə görüş keçirdiyini də xatırladıb, habelə Rusiya-Ukrayna münaqişəsinin Moskva və Kiyev arasında birbaşa danışıqlar və qarşılıqlı kompromislər olmadan yekunlaşmayacağını açıqlayıb:

    “Doğrusu, kompromis yolunu seçmək hər iki tərəf üçün vacibdir. Çünki danışıqların fəlsəfəsi məhz buna əsaslanır. Mümkündür ki, razılaşma bütün tərəflər üçün əlverişli olmasın, lakin tarazlığa nail olmaq vacibdir”.


    SON XƏBƏRLƏR

    11 Mart 2025