• Bakı 15° C

    0.9 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Suriya təhlükəsizlik qüvvələri Latakiyada pusquya düşüb

DÜNYA

09 Mart 2025 | 00:29

Suriya təhlükəsizlik qüvvələri Latakiyada pusquya düşüb

Suriyanın yeni təhlükəsizlik qüvvələrinin patrulu keçmiş prezidenti Bəşər Əsədin silahlı tərəfdarlarının Latakiya əyalətində qurduğu pusquya düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Bildirilib ki, Əl-Haffa şəhəri yaxınlığında pusquya düşən təhlükəsizlik qüvvələrinin bir əsgəri ölüb, ikisi yaralanıb.

Qeyd edək ki, martın 6-dan Latakiya, Tartus və Xüms əyalətlərində Suriyanın yeni hakimiyyət orqanlarına tabe olan təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının silahlı dəstələri arasında toqquşmalar başlayıb. Suriya əraziyə ordu yeridib, Cəblə şəhərinə nəzarəti bərpa edib.

Hazırda sahilyanı ərazidə komendant saatı tətbiq edilib.


SON XƏBƏRLƏR

24 Aprel 2025