• Bakı 8° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Tramp: Vaşinqton və Tehran birbaşa məsləhətləşmələr aparır

DÜNYA

08 Aprel 2025 | 00:00 | Müəllif: Subhan Mahmudov

Tramp: Vaşinqton və Tehran birbaşa məsləhətləşmələr aparır

Vaşinqton və Tehran birbaşa məsləhətləşmələr aparır və ABŞ İranın nüvə inkişafı məsələsini danışıqlar yolu ilə həll etməyə üstünlük verir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Amerika lideri Donald Tramp deyib.

Onun sözlərinə görə, şənbə günü ABŞ və İran arasında yüksək səviyyəyə yaxın təmas olacaq:

“Biz İranla birbaşa danışıqlar aparırıq. Danışıqlar şənbə günü də davam edəcək. Çox vacib görüşümüz olacaq. Düşünürəm ki, hamımız razılaşırıq ki, razılığa gəlmək aşkar olanı etməkdən daha yaxşıdır”, - deyə o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026