• Bakı 26° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ərdoğan Şahbaz Şəriflə DANIŞDI

DÜNYA

07 May 2025 | 21:14

Ərdoğan Şahbaz Şəriflə DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Söhbət zamanı Hindistan və Pakistan arasındakı gərginlik, mayın 6-na keçən gecə baş verən hücum və hazırkı hadisələr müzakirə edilib.

Ərdoğan Türkiyənin Pakistanla həmrəy olduğunu bildirib, hücumda həlak olan pakistanlılara Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

O, Türkiyənin bu prosesdə Pakistanın təmkinli siyasətini dəstəklədiyini, Cammu və Kəşmirdəki terror aktı ilə bağlı qərəzsiz, şəffaf və etibarlı beynəlxalq araşdırma aparılması təklifinin məqsədəuyğun olduğunu bildirib.

Ərdoğan Türkiyənin gərginliyin artmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazır olduğunu və bu mövzuda diplomatik təmasların davam etdiriləcəyini deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026