• Bakı 18° C

    5.94 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Pakistan böyük qələbə qazandı - Şahbaz Şərif

DÜNYA

07 May 2025 | 23:27

Pakistan böyük qələbə qazandı - Şahbaz Şərif

"Pakistan xalqı mayın 7-nə keçən gecə Hindistan Hərbi Hava Qüvvələrinin irimiqyaslı hava hücumlarını dəf edərkən peşəkarlıq, vətənpərvərlik və nizamlılıq göstərən milli Silahlı Qüvvələrin böyük qələbəsi ilə fəxr etməlidir".

Bakıvaxtı.az Geo TV"yə istinadla xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Hindistan ötən gecə 80 qırıcı təyyarənin köməyilə Pakistanın altı müxtəlif rayonuna hava zərbələri endirməyə çalışıb:

"Lakin Pakistan Hərbi Hava Qüvvələri Hindistanın üçü "Rafale" qırıcısı olmaqla, beş təyyarəsini, habelə bir neçə pilotsuz uçuş aparatını məhv edib".


SON XƏBƏRLƏR