• Bakı 21° C

    6.82 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.0859

Pakistanın müdafiə naziri: Hindistanla gərginlik nüvə müharibəsinə səbəb ola bilər

DÜNYA

07 May 2025 | 20:01

Pakistanın müdafiə naziri: Hindistanla gərginlik nüvə müharibəsinə səbəb ola bilər

Hindistan və Pakistan arasında gərginliyin artması nüvə müharibəsinə səbəb ola bilər.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Havaca Asif “Geo News” telekanalına açıqlamasında bildirib.

“Əgər onlar (Hindistan hökuməti - red.) regionu total müharibə meydanına çevirsələr və təhlükəsizlik təhdidi yaranarsa, o zaman hər an nüvə müharibəsi başlaya bilər”, - o deyib.

Asif vurğulayıb ki, Yeni Dehli hökuməti Pakistanı nüvə müharibəsinə sövq edərsə, Hindistan bunun yaratdığı nəticələrlə üzləşməli olacaq.

Qeyd edək ki, Hindistan aprelin 22-də Pahalqam bölgəsində 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq mayın 6-da Pakistan ərazisinə və Azad Kəşmir bölgəsinə raket zərbələri endirib. İslamabad hökuməti hücumlar nəticəsində 6 mülki obyektin vurulduğunu və 26 nəfərin öldüyünü bildirib.


SON XƏBƏRLƏR

07 May 2025