Türkiyədə terrorla mübarizə istiqamətində yeni mərhələ başlayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik jurnalistlərə açıqlamasında deyib.
“Terrorsuz Türkiyə hədəfi istiqamətində yeni mərhələ görəcəyik”, - Ö.Çəlik bildirib.
Onun sözlərinə görə, bu məsələ Türkiyənin siyasi gündəliyində əsas məsələlərdəndir.
Ö.Çelik, həmçinin daxildəki siyasi proses barədə də danışıb: “Türkiyənin xarici siyasətini hədəfə almaq millətin uğurlarını hədəf almaqdır. Müxalifət bunu anlaya bilməyəcək həddə çatıb”.