• Bakı 16° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Kreml dünya neft bazarında vəziyyəti son dərəcə qeyri-sabit adlandırdı

İQTİSADİYYAT

07 Aprel 2025 | 14:43

Kreml dünya neft bazarında vəziyyəti son dərəcə qeyri-sabit adlandırdı

Dünya neft bazarında vəziyyət son dərəcə qeyri-sabitdir.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə bildirib.

    Onun sözlərinə görə, bu, qeyri-sabitlik ABŞ-nin dünyanın əksər ölkələrinə rüsum tətbiq etmək qərarı ilə bağlıdır.

    Peskov Rusiya hakimiyyətinin vəziyyəti diqqətlə izlədiyini söyləyib.

    "Bu, büdcəmizi doldurmaq üçün çox vacib olan göstəricidir. Biz hazırda son dərəcə qeyri-sabit, gərgin və emosional yüklənmə ilə xarakterizə olunan vəziyyəti diqqətlə izləyirik. Bu, ABŞ-nin dünyanın əksər ölkələri üçün rüsumlar tətbiq etmək qərarı ilə bağlıdır", - deyə Kreml sözçüsü vurğulayıb.

    Qeyd edək ki, Bakı vaxtı ilə saat 10:08-ə olan birja məlumatlarına əsasən, Londonun ICE birjasında Brent markalı neftin 2025-ci ilin iyun ayı üçün fyuçerslərinin qiyməti 12 aprel 2021-ci ildən bəri ilk dəfə bir barel üçün 63 dollardan aşağı düşüb.


    SON XƏBƏRLƏR