• Bakı 20° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Azlıqda qalan "Beşiktaş" məğlub olmadı

İDMAN

07 Aprel 2025 | 23:23

Azlıqda qalan Beşiktaş məğlub olmadı

Türkiyə Superliqasının 30-cu turunda "Beşiktaş" səfərdə "Kasımpaşa"nın qonağı olub.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma İstanbul klubu üçün uğursuz olub.

Belə ki, "qartallar" artıq 14-cü dəqiqədə qapılarında top görüblər. Bu azmış kimi, ilk hissənin sonlarında komanda azlıqda qalıb.

Lakin təslim olmayan "Beşiktaş" 90-cı dəqiqədə dəqiq yerinə yetirilən penalti ilə məğlubiyyətdən qurtulub - 1:1.

Hazırda Sulşerin yetirmələri yarış cədvəlində 48 xalla 4-cü yeri tuturlar. "Kasımpaşa" isə 39 xalla 9-cu pillədə qərarlaşıb.


SON XƏBƏRLƏR

07 Aprel 2025