• Bakı C

    15.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 1.9776

Məhkəmə hərbi ekspert Ədalət Verdiyevlə bağlı qərar verdi - YENİLƏNİB

CƏMİYYƏT

07 Aprel 2025 | 19:25

Məhkəmə hərbi ekspert Ədalət Verdiyevlə bağlı qərar verdi - YENİLƏNİB

Verdiyev Ədalət Rafiq oğlunun Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Nəsimi rayon məhkəməsinin 07.04.2025-ci il tarixli hökmünə əsasən Ədalət Verdiyev həmin Məcəllənin 284.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin olunmuş cəza CM-nin 70-ci maddəsinə uyğun olaraq 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluqdan bildirilib. 

18:29

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevə şərti cəza verilib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ədalət Verdiyev CM-nin 284.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, ona təyin olunmuş cəza CM-nin 70-ci maddəsinə uyğun olaraq 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib.

Qeyd edək ki, Ə.Verdiyev ötən ilin noyabr ayında saxlanılıb.


SON XƏBƏRLƏR