• Bakı 16° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Növbəti köç karvanı Ağdərənin Suqovuşan kəndinə çatıb - FOTO - YENİLƏNİB

CƏMİYYƏT

07 Aprel 2025 | 15:35

Növbəti köç karvanı Ağdərənin Suqovuşan kəndinə çatıb - FOTO - YENİLƏNİB

Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdərə rayonunun Suqovuşan kəndinə 185 nəfərdən ibarət 53 ailənin növbəti köçü baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarından yola salınan keçmiş məcburi köçkünlərə mənzillərin açarları təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.

    Bununla da bugünədək Ağdərə rayonunun Suqovuşan kəndinə ümumilikdə 126 ailə köçürülüb.

    Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhramanov bildirib ki, köçürülən ailələrin işlə təmin edilməsi xüsusi diqqətdə saxlanılır.

    Qeyd edilib ki, Suqovuşan kəndinə köç bundan sonra da davam edəcək. Kəndə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb.

    ***

    14:23

    Növbəti köç karvanı Ağdərənin Suqovuşan kəndinə çatıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə kəndə 53 ailə - 185 nəfər köçürülüb.

    ***

    13:58

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində bu gün Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə kəndə 53 ailə - 185 nəfər köçürülür.

    Suqovuşan kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


    SON XƏBƏRLƏR