Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin pensiya hüququnun təmin olunması üçün bəzi əsaslar Nazirlər Kabinetinin müxtəlif qərarları ilə müəyyən edilir.
Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib.
Adil Vəliyev qeyd edib ki, bu hüquqi əsasların vahid qanunvericilik sisteminə uyğunlaşdırılması səbəbindən “Əmək pensiyaları haqqında” qanunun 22.3-cü maddəsi ilə müəyyən olunan qaydaların tətbiqi həmin qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qaydalarla əvəz edilir. Onun sözlərinə görə, bu dəyişiklik qanunvericilik aktlarının unifikasiyasına yönələrək dayanıqlı pensiya təminatı sisteminin formalaşmasına xidmət edəcək.