Daşkəsəndə çağırışa gedən həkim xəstə tərəfindən hücuma məruz qalıb.
Bakıvaxtı.az “Unikal”a istinadən xəbər verir ki, Xoşbulaq kəndinə çağırışa gedən Daşkəsən Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 1991-ci il təvəllüdlü A.Abbaslıya xəstə tərəfindən bıçaqla xəsarət yetirilib.
Barmağından yaralanan həkimə yardım edilib, hazırda vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə, hadisəni Xoşbulaq kənd sakini 28 yaşlı Ş.Əliyev törədib. Onun Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.
DİN-in Mətbuat xidmətinin Gəncə Regional bölməsindən bildirilib ki, hadisəni törədən 1997-ci il təvəllüdlü Şahin Əliyev polis tərəfindən saxlanılıb.
Ş. Əliyevin hadisə vaxtı sərxoş olduğu, əvvəllər də bir neçə dəfə oxşar vəziyyətdə “103”ə zəng edərək tibbi yardım istədiyi məlum olub.