• Bakı 17° C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Rəşad Nəbiyev İsraildə işgüzar səfərdədir

CƏMİYYƏT

07 Aprel 2025 | 18:47

Rəşad Nəbiyev İsraildə işgüzar səfərdədir

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailə işgüzar səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqev, innovasiya, elm və texnologiya naziri Qila Qamliel, vençur fondları, texnoloji şirkətlər, Təl-Əviv Universitetinin nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Görüşlər zamanı iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən yüklərin avtomobil nəqliyyatı ilə daşınması imkanları müzakirə olunacaq.

Eyni zamanda innovasiya, süni intellekt, kibertəhlükəsizlik sahələrində əməkdaşlıq və qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri haqqında fikir mübadiləsi aparılacaq.


SON XƏBƏRLƏR

07 Aprel 2025