• Bakı 22° C

    7.73 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.0859

BOS-un yaxınlığında 80 kubmetrdən çox yağış suyu təmizlənib

CƏMİYYƏT

07 May 2025 | 17:35

BOS-un yaxınlığında 80 kubmetrdən çox yağış suyu təmizlənib

Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsinin inşa olunduğu ərazidə drenaj sistemi qurulmadığından intensiv yağıntılar zamanı orada yağış suları yığılıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, drenaj sistemi olmadığından həmin ərazidə yığılan suların axıb getməsi mümkün olmayıb və bu, suyun kənarlaşdırılmasında çətinlik yaradıb. Qeyd edilib ki, drenaj sistemi olmayan ərazilərdə müvafiq rayon sukanal idarələrinin xidmət göstərməsi çətinliklərlə müşayiət olunur.

Buna baxmayaraq, hazırda problemli ərazidən yağış sularının təmizlənməsi üçün Agentliyin texnikaları cəlb edilib və 80 kubmetrdən çox su ərazidən çıxarılıb.


SON XƏBƏRLƏR

07 May 2025