Mətbəx və hamam kranlarında zamanla yığılan kirəc həm görünüşü pozur, həm də suyun axınına mane olur. Kranlarda yığılan kirəcin təmizlənməsi üçün kimyəvi məhsullara ehtiyac yoxdur.
Bakıvaxtı.az xəbər verir ki, bu üsullarla kranlarınızı əvvəlki parıltısına qaytara bilərsiniz:
Ağ sirkə möcüzəsi: Ağ sirkənin turşuluq dərəcəsi kirəcin həllində çox təsirlidir. Bir parça bezi sirkəyə batırıb kranın kirəcli hissəsinə sarın, təxminən 45 dəqiqə gözlədikdən sonra süngərlə silin. Nəticə sizi təəccübləndirəcək!
Limon suyu ilə parlaqlıq: Limon da təbii turşuluğa malikdir. Bir limonu iki yerə bölün və kirəcli sahələrə sürtün. 15-20 dəqiqə gözləyin, sonra isə su ilə yuyub təmizləyin.
Ağ sirkə və soda qarışığı: 1 yemək qaşığı sodaya bir az ağ sirkə əlavə edib macun halına gətirin. Bu macunu kirəcli hissəyə sürtün, 30 dəqiqə gözləyin və sonra durulayıb qurudun.
Diş məcunu üsulu: Diş məcunundakı natrium bikarbonat kirəcin təmizlənməsində kömək edir. Bir diş fırçası ilə məcunu kirəcli hissələrə çəkin, 20 dəqiqə gözlədikdən sonra bez və ya süngərlə silin.
Nuriyyə Musayeva