• Bakı 16° C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

MM üzvləri Britaniya parlamentinin Lordlar Palatasının üzvləri ilə görüşüblər

SİYASƏT

07 Aprel 2025 | 18:35

MM üzvləri Britaniya parlamentinin Lordlar Palatasının üzvləri ilə görüşüblər

Milli Məclisin deputatları Səməd Seyidov və Asim Mollazadə Böyük Britaniya parlamentinin Lordlar Palatasında hakim Leyboristlər partiyasının üzvü Lord Con Manla görüşüblər.

Bu barədə Bakıvaxtı.az-a Milli Məclisdən bildirilib.

Qeyd olunub ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov görüşdə Azərbaycanla Böyük Britaniya arasında mövcud olan siyasi və parlamentlərarası münasibətlərin əhəmiyyətini vurğulayıb, bu əlaqələrin gələcəkdə də dərinləşəcəyinə inamını ifadə edib.

Söhbət zamanı deputat Asim Mollazadə iki ölkə arasında əməkdaşlığın tarixinə və gələcək perspektivlərinə toxunub. Deputat bildirib ki, Azərbaycan beynəlxalq tərəfdaşlıqlarını insan haqları, azadlıq və qarşılıqlı hörmət prinsipləri əsasında qurmağa davam edəcək.

Böyük Britaniya parlamentinin Lordlar Palatasında hakim Leyboristlər partiyasının üzvü Lord Con Man görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Bildirilib ki, Azərbaycan və Böyük Britaniya parlament əməkdaşlığı qarşılıqlı etimada əsaslanan münasibətləri əks etdirir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR

07 Aprel 2025