Ermənistan Azərbaycanla ticarət-iqtisadi əməkdaşlığa hazırdır, bu neft məhsullarının alınmasını da əhatə edə bilər.
Bakıvaxtı.az-ın Ermənistan KİV-nə istinadən məlumatına görə, bu barədə parlamentin spikeri Alen Simonyan jurnalistlərə bildirib.
O, yalnız yanacağa fikir verməməyə çağırıb:
"Əminəm ki, nə qədər çox alternativ enerji mənbələri olsa, Ermənistan üçün bir o qədər yaxşı olar".
Onun sözlərinə görə, Azərbaycan mallarının Ermənistan üzərindən Naxçıvan Muxtar Respublikasına və Türkiyəyə tranziti məsələsi müzakirə olunur. O, yaxın zamanda bu cür tranzitin olacağını istisna etməyib.
Daha əvvəl məlum olmuşdu ki, Azərbaycan Ermənistana Gürcüstan ərazisindən neft məhsulları partiyası göndərəcək. Tbilisi birdəfəlik olaraq gömrüksüz tranzitə razılıq verib.
Bakı 



