• Bakı 11° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

İstanbulda TDT energetika nazirlərinin 5-ci iclası keçirilib

İQTİSADİYYAT

10 Dekabr 2025 | 13:40

İstanbulda TDT energetika nazirlərinin 5-ci iclası keçirilib

İstanbulda Türk Dövlətləri Təşkilatının energetika nazirlərinin 5-ci iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, iclasda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov təşkilatın dünyada geosiyasi mərkəzə çevrilməsi prosesində enerji əməkdaşlığının mühüm rol oynadığını vurğulayıb.

    Nazir Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunaraq, dəhlizin açılması istiqamətində mühüm addımların atıldığını bildirib. O, dəhlizin Türk dövlətləri arasında birliyi daha da dərinləşdirəcəyini qeyd edib:

    “Bu dəhlizlərin yaradılması və perspektivdə bir-biri ilə əlaqələndirilməsi həm regional enerji ticarətini inkişaf etdirəcək, həm də qlobal bərpa olunan enerji axınlarını sürətləndirəcək. Bu layihələr ölkələrimizin Avropanın enerji təchizatındakı strateji mövqeyini daha da gücləndirərək Avrasiya məkanında enerji əməkdaşlığının yeni geoiqtisadi arxitekturasını formalaşdıracaq”, – deyə nazir bildirib.

    Türkiyə enerji və təbii sərvətlər naziri Albarslan Bayraktar, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı olan COP31-in 2026-cı ilin noyabr ayında Antalyada keçiriləcəyini xatırladaraq, 29-cu konfransa ev sahibliyi edən Azərbaycanı təbrik edib və bütün iştirakçıları Antalyaya dəvət edib.


    SON XƏBƏRLƏR

    09 Dekabr 2025