• Bakı 10° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Tibb işçiləri mütləq şəkildə 5 ildən bir sertifikasiyadan keçməlidir

CƏMİYYƏT

10 Dekabr 2025 | 15:23

Tibb işçiləri mütləq şəkildə 5 ildən bir sertifikasiyadan keçməlidir

"Noyabrın 26-da qanunvericiliyə edilən dəyişikliyə əsasən, 438 saylı Fərmana uyğun olaraq davamlı peşəkar inkişaf (DPI) ballarının hesablanması üçün tənzimləyici sənədlər hazırlanır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayımda Nazirliyin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin Səhiyyə mütəxəssislərinin sertifikasiya şöbəsinin müdiri Şərafət İsmayılova bildirib.

Onun sözlərinə görə, praktik tibblə məşğul olmaq istəyən hər kəs mütləq şəkildə 5 ildən bir sertifikasiya imtahanına cəlb edilməlidir. Məzun olduğu gündən 5 il keçən şəxslər isə sonradan sertifikasiya prosesində iştirak etməlidirlər: 

"Davamlı peşəkar inkişaf ballarını toplamaq üçün üç istiqamət nəzərdə tutulur: şəxsin iştirak etdiyi kurslar, elmi fəaliyyət və pedaqoji fəaliyyət".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR