• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fergus Auld: İqtisadi əməkdaşlıq Azərbaycanla tərəfdaşlığın əsas elementidir

SİYASƏT

10 Dekabr 2025 | 14:21 | Müəllif: Əli Hüseynov

Fergus Auld: İqtisadi əməkdaşlıq Azərbaycanla tərəfdaşlığın əsas elementidir

İqtisadi əməkdaşlıq Böyük Britaniya və Azərbaycan arasında strateji tərəfdaşlığın əsas elementidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Böyük Britaniyanın Bakıdakı səfiri Fergus Auld Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan üzrə ticarət elçisi Lord Olderdaysla görüşünün yekunu ilə bağlı "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Keçən həftə müdafiə əməkdaşlığı ilə bağlı Prezident İlham Əliyevlə son görüşümüzdən sonra iqtisadi imkanları müzakirə etmək üçün Böyük Britaniyanın Azərbaycandakı ticarət nümayəndəsini müşayiət etməkdən məmnunam", - diplomat yazıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026