Çoxuşaqlı ailələrlə bağlı məsələ tez-tez müzakirə mövzusu olur.
Bakıvaxtı.az verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, dünya ölkələrində çoxuşaqlı ailə anlayışına baxılmalıdır: “Biz bütövlükdə demoqrafik inkişaf haqqında dövlət proqramının qəbulu ilə bağlı düşünməli və hökumətə təkliflərimizi verməliyik. Təbii artım aşağı düşüb. Bundan əvvəl ilə 160 min uşaq doğulurdusa, indi onların sayı 100-110 minə enib. Buna görə də çoxuşaqlı ailələrlə bağlı 5 və daha çox uşaq məsələsinə yenidən baxmaq, yəni çoxuşaqlı ailə anlayışında sayı aşağı salmaq barədə düşünmək olar”.