• Bakı 19° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

Sabah 29 dərəcə isti olacaq - PROQNOZ

CƏMİYYƏT

07 May 2025 | 12:18

Sabah 29 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında mayın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-18° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.


SON XƏBƏRLƏR