• Bakı 16° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Deputatlar QDİƏT PM-in tədbirində iştirak edəcəklər

SİYASƏT

07 Aprel 2025 | 12:23

Deputatlar QDİƏT PM-in tədbirində iştirak edəcəklər

Milli Məclisin deputatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin komitə iclasında iştirak edəcəklər.

Bu barədə Bakıvaxtı.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirə Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və deputat Səbinə Salmanova qatılacaq.

Deputatlar bu məqsədlə sabah Rumıniyanın Buxarest şəhərinə səfər edəcəklər.

Səfər çərçivəsində QDİƏT PM-in İqtisadi siyasət və inkişaf komitəsinin 64-cü iclasında iştirak nəzərdə tutulub.


SON XƏBƏRLƏR